The Forest – Dostlarınızla birliktə Multiplayer oynaya bilərsiniz. Sirli bir adada tək qaldığın, təbiətin sərtliyi ilə yanaşı, adada məskunlaşmış yamyamlara qarşı da həyat mübarizəsi apardığın, dəhşət, macəra və sağ qalma janrlarını özündə birləşdirən atmosferik bir oyundur. Açıq dünyasında araşdırmalı mağaralar, meşəliklər, sahil kənarları ilə dolu bu oyun, resurs toplayaraq sığınacaq qurmağa, silahlar hazırlayıb müdafiə olunmağa imkan verir.
Oyunu yüklədikdən sonra onlayn oynamaq üçün Steam-ə daxil oluruq. Kitabxanaya gəlib "+ Göz At"-a klikləyib The Forest Multiplayer əlavə edirik. Oyunu Steam üzərindən çalışdıranda onlayn oynamaq mümkün olacaq.